Şirin bibərin tərkibi C, B1, B2, B9, P, PP və karotinlə zəngindir. Tərkibində olan bu vitaminlərə görə mütəxəssislər yaşlı adamlara, şəkərli diabetdən, yaddaş pozğunluqlarından, yuxusuzluqdan, fiziki gücün azalmasından əziyyət çəkənlərə hər gün şirin bibər yeməyi məsləhət bilir.Onun tərkibində olan C vitamininin miqdarı limonun və qara yemşanın tərkibində olan C vitamininin miqdarına bərabərdir. Askorbin və P vitamininin qarışımı qan damarlarının divarlaını möhkəmləndirdiyinə və bunların hər ikisinin miqdarının bu tərəvəzdə çox olduğuna görə həkimlər hər gün şirin bibər yeməyi məsləhət görür.