Tərkibi:
100 qr məhsulun tərkibini təşkil edir:
Çay ağacının efir yağı (Melaleuca Alternifolia essential oil) - 120mq; Adi atşabalıdı qabığının ekstraktı (Aesculus hyppocastanatum bark extract) – 100 mq; Aptek çobanyastığı çiçəklərinin qlikol ekstraktı (Matricaria recutita flowers glycol extract) - 100 mq; Murdarçayabənzər çaytikanı yağı (Hippophae rhamnoides oil) – 100 mq; Adi jenşen kökünün quru ekstraktı (Panax Ginseng root dry extract) – 50 mq; Əkin qaraçörəkotu toxumunun quru ekstraktı (Nigella sativa seed dry extract) – 50 mq; Natrium hialuronat (sodium hyaluronate) -50 mq. Hialuron turşusunun natrium duzu (sodium hyaluronate) - 50 mq.
Köməkçi maddələr: Vitepsol H15 (hidrogenləşdirilmiş kokos qliseridləri) (Witepsol H15 (Hydrogenated Coco-Glycerides)), Propilen Qlikol (Propylene Glycol), arı mumu (Beeswax (Cera Flava)).
Tərkibində hormon və paraben təşkil etmir.
Məhsul haqqında məlumat
Nutrirekt rektal bağırsağın selikli qişasında qoruyucu örtük yaradaraq sağalma və reepitelizasiya proseslərini təmin edir, iltihabın aradan qaldırılmasını, bunun sayəsində ağrının yüngülləşməsini, eləcə də yerli mikrosirkulyasiyanın yaxşılaşdırılmasını təmin edir.
İstifadəsinə tövsiyələr
Nutrirekt rektal şamlar yerli iltihabı aradan qaldırmaq, bağırsağın selikli qişasının funksionallığını dəstəkləmək, regenerasiya məqsədilə babasilin profilaktikası üçün tövsiyə olunan köməkçi vasitədir.
İstifadə qaydası
1 rektal şamı, gündə 2 dəfə səhər və axşam olmaqla, istifadə etmək tövsiyə olunur.
Vasitə yalnız rektal istifadə olunmalıdır, qablaşma açıldıqdan sonra dərhal istifadə olunur.
İstifadədən əvvəl əllərinizi yaxşıca yumaq məsləhət görülür.
Vasitə axşam, yatmazdan əvvəl aşağıdakı prosedurları yerinə yetirməklə istifadə olunmalıdır:
- qırıq xətti çəkərək şamı blisterdən çıxarın
- iki plastik qapağı ehtiyyatla ayırın
- şamı qablaşmadan ehtiyyatla çıxarın
- uzanaraq, şamı rektal olaraq mümkün qədər dərin (sorulmanı maksimal təmin etmək üçün) yerləşdirin.
Rektal şamın yeridildiyindən sonra, 30 dəqiqə ərzində uzanıqlı vəziyyət təmin edilməlidir.
İstifadə müddəti simptomların gedişatından asılıdır; ehtiyac olduqda daha uzun müddət ərzində həkim nəzarəti altında istifadə edilə bilər.
Əks göstərişlər: Vasitənin hər hansı komponentinə qarşı fərdi həssaslıq.
Əlavə təsirləri:
İstifadə zamanı bağırsağın selikli qişasının qıcıqlanması, və ya içlik vərəqəsində göstərilməyən hər hansı əlavə təsir qeydə alındığı zaman istifadəni dayandıraraq həkimə müraciət edin.
GİGİYENİK VASİTƏ. DƏRMAN VASİTƏSİ DEYİL.
Saxlanma şəraiti: Vasitə 25 °C-dən yüksək olmayan temperaturda, sərin, quru, uşaqların əli çatmayan yerdə saxlanmalıdır. İstifadədən sonra vasitəni və ya onun qablaşmasını ətraf mühitə atmayın.
Buraxılış forması:
Hər biri 2,7 q olan vaginal şamlar №10 (2x5) blisterdə, içlik vərəqəsiylə birlikdə karton qutu qablaşmada.
Yararlılıq müddəti: 36 ay. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
İstehsalçı: “CYDONİA D.O.O”
Ünvan: Lipa 73, Gracanica, Bosniya və Herseqovina