Tərkibi:
Hər 1 kapsulun tərkibini təşkil edir:
Qızılçubuq qızılsəbət gövdəsinin quru ekstraktı (Solidago virgaurea herb dry extract) - 100mq
Adi ayıqulağı yarpağının quru ekstraktı (Arctostaphylos uva-ursi leaf dry extract)-100mq Tarla qatırquyruğu gövdəsinin quru ekstraktı (Equisetum arvense herb dry extract)-90mq
Böyrək çayı yarpağının quru ekstraktı (Ortosiphon Stamineus leaf dry extract)– 90 mq
Qarğıdalı saçağının quru ekstraktı (Zea mays silk dry extract)–90 mq
Dərman levistiki kökünün quru ekstraktı (Levisticum officinale root dry extract)-80 mq
Kiçik qızılçətir otunun tozu (Centaurium erythrae herb powder)–80 mq
Qıvrım cəfəri kökünün quru ekstraktı (Petroselinum crispum root dry extract)-70 mq
Natrium sitrat (Sodium citrate)–30 mq
Kalium sitrat (Potassium citrate)-30 mq
Köməkçi maddələr: Mikrokristallik sellüloza (Microcrystalline cellulose), Maqnezium stearat (Magnesium stearate), Jelatin (Gelatine).
İstifadəsinə tövsiyələr: sidik-ifrazat sisteminin fəliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BAQM-dur.
Qızılsəbət bitkisi böyrəklərin fəaliyyətini dəstəkləyir, sidiyin orqanizmdən xaric olma prosesini normallaşdırır, mikrobların azalmasını təmin edir. Ayıqulağı bitkisi sidiyin orqanizmdən vaxtında xaric olmasını təmin edir, tərkibindəki aktiv maddələr mikrobların çoxalmasının qarşısını alaraq, orqanizmə qoruyucu təsir göstərir. Qatırquyruq sidik-çıxarıcı yolların təmizlənməsini, sağlam fəaliyyətini dəstəkləyir. Qarğıdalı bitkisi də həmçinin böyrəyin funksiyasının yaxşılaşmasını, prostat vəzinin fəaliyyətinin normallaşmasını təmin edir. Böyrək çayı şişkinliyi aradan qaldırmağa yardım edir, orqanizmdən artıq mayenin ifraz olmasını təmin edir, böyrək fəaliyyətini yaxşılaşdırır.
Əks göstərişlər: məhsulun tərkibindəki hər hansı bir komponentə qarşı fərdi həssaslıq.
İstifadə qaydası və dozalanması:
18 yaşdan yuxarı böyüklərə: 1 kapsul gündə 1 dəfə yeməkdən bir saat sonra içmək tövsiyə olunur.
Tövsiyə edilən sutkalıq dozanı keçməyin.
Qeyd:Məhsulun tərkibində ayıqulağı bitkisinin mövcudluğu səbəbindən 14 gündən artıq istifadəsi tövsiyə edilmir. 14 gündən artıq istifadəsi zamanı həkimlə məsləhətləşin.
Buraxılış forması: Kapsul
Qablaşma forması: N30(10x3), içlik vərəqəsi ilə birlikdə karton qutuda qablaşdırılmışdır.
DƏRMAN VASİTƏSİ DEYİLDİR. BİOLOJİ AKTİV QİDA MƏHSULUDUR.
Saxlanma şəraiti: 25°C-dən yüksək olmayan, quru, işıq düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
Yararlılıq müddəti : 3 il. Yararlılıq müddəti bitdikdən sonra qəbul etmək olmaz.
İstehsalçı: VEGA İLAÇ KOZMETİK GİDA İMALAT SAN.TİC.ŞTİ.
İstehsalçının ünvanı: Akçaburgaz Mahallesi 3080 Sokak №4/1 Esenyurt-İstanbul-Türkiyə