FAB UNİVERSAL BOYA RƏNGLƏNDİRİCİ (395)
MƏHSUL HAQQINDA: FAB UNİVERSAL BOYA RƏNGLƏNDİRİCİ (395) su və sintetik tərkibli
ağ dekorativ boyaları rəngləndirmək üçün istifadə olunur. Yüksək rəngləndirmə gücü ilə istənilən rəngi
əldə edə bilməsini təmin edir. FAB UNİVERSAL BOYA RƏNGLƏNDİRİCİ (395) konsentrat
pigment pastasıdır, buna görə də tək başına istifadə edilə bilməz, sadəcə boya və digər örtücü vasitələrə
əlavə edilərək istifadə edilməlidir. Ton fərqi yaranmaması üçün rəngləndirilmiş boyaların tam
qarışdırılaraq istifadəsi məsləhət görülür. Rəngləndirilən boyanın tərkibindəki titan dioksidin (TiO2)
miqdarına görə fərqli rəng tonları alına bilər.
XÜSUSİYYƏTLƏRİ: FAB UNİVERSAL BOYA RƏNGLƏNDİRİCİ (395) klassik rəngləndirmə
sistemlərindəki kimi rəngli boya olmayıb, işıq və xarici təsirlərə dayanıqlılığı yüksək olan, universal,
konsentrat piqment pastasıdır. Hər növ boya və örtücü vasitəsinin xüsusiyyətini pozmadan rəngləndirə
bilər. Qutu içində qurumaz.
TƏTBİQİ: İstifadədən öncə şüşə qüvvətli çalxalanmalıdır. Rəngləndiricilər, su əsaslı boyalara
maximum 10%, sintetik əsaslı boyalara 4% miqdarında əlavə edilməlidir. Ağ boyaya, əvvəlcə
rəngləndirici, daha sonra həlledici əlavə edilməlidir. Rəngləndiricinin qutusu boşaldıqdan sonra içində
qalan rəngləndirici boyanın özü ilə çalxalanaraq boyaya əlavə edilməlidir.
XƏBƏRDARLIQ: S2 Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın. S46 Udulduqda dərhal həkimə
müraciət edin, qablaşma və ya etiketi göstərin.
SAXLANMA MÜDDƏTİ: 2 ildir. İdeal saxlanma temperaturu +10°C ilə +20°C arasıdır. (ağzı
açılmamış orijinal qutuda, sərin yerdə, donmaqdan və birbaşa günəş şüalarının təsirindən qorumaq şərti
ilə).