Brend: FAB
Həcm: 300 g
Rəng: Şəffaf
İstehsalçı ölkə: Türkiyə
FAB STANDART UNİVERSAL SİLİKON: Tək komponentli, istifadəyə hazır, geniş tətbiq sahəsinə malik silikon əsaslı möhkəmləndirmə, izolyasiya və dolğu materialıdır.
Xüsusiyyətləri: Bərkidikdən sonra elastik qalır, məsaməsiz səthlərə mükəmməl yapışmanı təmin edir, çatlamır, saralmır, kiflənmir. Aşağı və yuxarı temperaturlarda xüsusiyyətlərini itirmir. Solventsizdir, həcmini itirmir.
Tətbiq sahəsi: Qapı, pəncərə (taxta, metal, PVC və s.) aralıqlarında dolğu izolyasiya və yapışdırma məqsədi ilə istifadə edilir. Eləcə də şüşə, güzgü yapışdırılmasında, vitrin, PVC doğrama montajında, plitə və keramikaların suya məruz qala biləcəkləri birləşmə yerlərində, metal örtüklü səthlərin, soyutma otaqlarının istinad divarlarında boşluqların doldurumasında, bezli, bezsiz conta materialı olaraq hər cür flanş bağlantılarda istifadə edirilir.
Tətbiqi: Tətbiqetmə dərəcəsi +5°C ilə + 40°C arası olmalıdır. ""FAB STANDART UNİVERSAL SİLİKON"" vurulacaq yerlər təmiz, quru olmalı, yağ və tozdan təmizlənməlidir. Dərzdə daha öncə istifadə edilmiş dolğu materialının artıqları, yapışmanı əngəlləyən kənar maddələr varsa, təmizlənməli, qabarıq boyalar qazınmalıdır. ""FAB STANDART UNİVERSAL SİLİKON""un düzgün olması üçün hər iki kənara bant çəkin. Kartricin ağız qismini kəsin, plastik başlığı taxın və ucunu dərzə görə üfüqi şəkildə kəsin. Silikonu tapançası ilə sıxdıqdan sonra səth sabunlu suya batırılmış mala və ya buna bənzər bir alətlə 5 dəqiqə ərzində düzəldilməlidir. Alətlər spirt əsaslı maddə ilə təmizlənə bilər.
İncəldilməsi: İstifadəyə hazırdır.
Quruma vaxtı: Toxunma quruma 10-20 dəqiqə, tam sərtləşmə +25°C-də 24 saatdır.
Saxlanma müddəti: Qutunun üzərində göstərilmişdir.
Təhlükəsizlik tədbirləri: Quruma zamanı üzə çıxan turşu buxarı ilə uzun müddət tənəffüs edilməməlidir. Yetərincə havalandırılmış məkanlarda istifadəsinə diqqət edin. Tam qurumamış silikon ilə uzunmüddətli təmas edilməməlidir