Çəmən balı
Çəmən balı çəmənlikdə bitən çiçəklərin nektarından toplanır. Çəmən balının əmələ gəlməsində acıqovuq, acıçiçək, adi zirə, andız, qaraqaytaran, qanqal və digər müxtəlif çəmən çiçəklərinin nektarlarından istifadə olunur. Çəmən balının xüsusi dadı və ətri olur. Onun ətri çəmən çiçəklərinin ətrinə bənzəyir. Çəmən balı qidalandırıcı və müalicəvi xüsusiyyətlərə malikdir. O antibakterial təsirə malikdir. Çəmən balından böyrək xəstəlikləri, iltihabi xəstəliklər zamanı xəstəlik əlamətlərini yumşaldıcı və ağrıkəsici kimi istifadə olunur.