Bu balı tərkibinə görə ən qiymətli bal hesab eləmək olar. Onun cökə çiçəyini xatırladan zərif qoxusu, solğun sarı rəngi olur. Cökə balı tez bir zamanda kristallaşa bilir, bu zaman onun xırda və narın kristalları olur. Cökə balı kristallaşan zamanı onun rəngi ağarır. Onu xüsusi dadı olur və bu dad cökə balını digər ballardan asanlıqla fərqləndirir. Cökə balının qidalandırıcı və müalicəvi faydaları böyükdür. Xalq təbabətində cökə balından soyuqlama, angina, laringit, bronxit, traxeit, bronxial astma, ürək zəifliyi, mədə-bağırsaq xəstəlikləri, böyrək və öd kisəsi xəstəlikləri zamanı istifadə edilir. Cökə balı, cökə çiçəyinin müalicəvi təsir etdiyi xəstəliklərin müalicəsini sürətləndirir və sağalmasında rol oynayır.